Aşıq Ədalət Qazaxda dəfn edilib - FOTO - YENİLƏNİB

Aşıq Ədalət Qazaxda dəfn edilib - FOTO - YENİLƏNİB Mərhumla vida mərasimi Qazax Rayon Mədəniyyət Evində təşkil olunub
İncəsənət
15 Sentyabr , 2017 15:33
Aşıq Ədalət Qazaxda dəfn edilib - FOTO - YENİLƏNİB

Qazax. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalət (Nəsibov) dəfn edilib. 

“Report”un Qərb bürosunun məlumatına görə, mərhumun cənazəsi Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında torpağa tapşırılıb. 


*** 12:25

Qazax şəhərində Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalətlə (Nəsibov) vida mərasimi keçirilir.

“Report”un Qərb bürosunun məlumatına görə, mərhumla vida mərasimi Qazax Rayon Mədəniyyət Evində təşkil olunub.

Mərasimdə Aşıq Ədalətin ailə üzvləri və yaxınları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edir.

Xatırladaq ki, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra sentyabrın 14-də, 78 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi