"Qan yaddaşımız" sənədli filmi 6 dilə tərcümə olunacaq

"Qan yaddaşımız" sənədli filmi 6 dilə tərcümə olunacaq Kinorejissor kino sahəsində yeni işlər görmək haqqında planlar qurur
İncəsənət
123
6 Yanvar , 2015 15:19
Qan yaddaşımız sənədli filmi 6 dilə tərcümə olunacaq

Bakı. 6 yanvar. REPORT.AZ/ Əbdül Mahmudbəyov 2015-ci ildə kinorejissor kimi fəaliyyətini davam etdirməyi düşünür. Bu barədə "Report"a açıqlamasında kinorejissor özü məlumat verib.

Uzun illərdir maliyyə çətinlikləri ucbatından bədii film çəkə bilmədiyini deyən Şeyx Əbdül bu il kino sahəsində yeni işlər görmək haqqında planlar qurur.

"Uzun illərdir bədii film çəkə bilmirəm. Bunun çoxlu səbələri var. Bədii filmlərin boşluğunu sənədli filmlərlə doldurmağa çalışıram. Bir neçə il əvvəl "Qan yaddaşımız" adlı sənədli film çəkmişdim. Filmin xronometrajı bir saatdır. Bu il həmin filmi serial şəklinə salıb, 6 dilə tərcümə etdirmək istəyirəm. Belə olsa, bu film vasitəsilə tariximiz, soykökümüz, mədəni abidələrimiz hər kəsə, o cümlədən dünyada yaşayan xalqlara açıq çatdırılar. Hələlik filmin maliyyə məsələlərini öz üzərinə götürəcək qurum tapılmır. "Qan yaddaşımız" sənədli filmini 6 dilə tərcümə etmək və serial şəklində ekranlara gətirmək üçün 65 min manat vəsait lazımdır. Bu vəsait tapılsa, filmi ərsəyə gətirmək olacaq", - o deyib.

Son xəbərlər

Orphus sistemi