Bakı. 2 yanvar. REPORT.AZ/ Bu il fevralın 4-də Azərbaycanın xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 yaşı tamam olur.
"Report" xəbər verir ki, Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Akademik Opera və Balet Teatrı da, öz növbəsində Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə, bəstəkarın "Eşq və ölüm" baletini nümayiş etdirəcək.
"Eşq və ölüm" baleti yanvarın 31-də Opera və Balet Teatrının səhnəsində nümayiş olunacaq.