Parisdə fransız fotoqrafın Bakıda çəkdiyi şəkillər nümayiş etdirilir

Parisdə fransız fotoqrafın Bakıda çəkdiyi şəkillər nümayiş etdirilir Fransanın paytaxtı Parisdə keçirilən sərgidə fransalı yazıçı-fotoqraf, rejissorun Bakıda çəkdiyi şəkilləri nümayiş edilir.
İncəsənət
1093
5 Sentyabr , 2020 23:56
Parisdə fransız fotoqrafın Bakıda çəkdiyi şəkillər nümayiş etdirilir

Fransanın paytaxtı Parisdə keçirilən sərgidə fransalı yazıçı-fotoqraf, rejissor Qiyom de Sardın (Guillaume de Sardes-red) Bakıda çəkdiyi şəkilləri nümayiş olunur.

“Report”un Fransa bürosu xəbər verir ki, "Şərqə, sevgi dolu və metafizik bir gəzinti” adlı yeni fotosərgidə Bakıya həsr edilmiş fotoları yer alıb.

O, qeyd edib ki, 2016-cı ildə Azərbaycanda olan sərgidəki fotolarının təqdimatında Bakıya gələrkən şəhərin yalnız “İpək Yolu” üzərində yerləşən qədim şəhər olduğu fikrində idisə, səfərindən sonra Azərbaycanın paytaxtının eyni zamanda Avropanın ən modern şəhərlərindən də müasir olduğu fikrinə gəlib.

Qiyom de Sardın fotoların təqdimatında Azərbaycandakı dini tolerantlığı xüsusilə yüksək qiymətləndirdiyini qeyd edib.

Qeyd edək ki, 20-dən çox kitabın müəllifi olan Qiyom de Sard Fransanın bir sıra nüfuzlu mükafatlarına layiq görülüb.

Sərgi 31 oktyabradək davam edəcək.

Son xəbərlər

Orphus sistemi