“Oskar” mükafatına namizədlər üçün yeni tələblər açıqlanıb

“Oskar” mükafatına namizədlər üçün yeni tələblər açıqlanıb Amerika Kino Akademiyası “Oskar” mükafatının “ən yaxşı film” nominasiyasına uyğun gəlmək üçün inklüzivlik meyarlarının siyahısını təqdim edib
İncəsənət
580
9 Sentyabr , 2020 10:37
“Oskar” mükafatına namizədlər üçün yeni tələblər açıqlanıb

Amerika Kino Akademiyası “Oskar” mükafatının “ən yaxşı film” nominasiyasına uyğun gəlmək üçün inklüzivlik meyarlarının siyahısını təqdim edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı akademiya yayıb.

2024-cü ildən başlayaraq filmlərin aparıcı aktyoru və ya arxa planın önəmli aktyoru az təmsil olunan irqi və ya etnik qrupdan olmalıdır.

Bundan başqa ikinci dərəcəli rollarda azı 30%-ni LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual), irqi və ya etnik qrup nümayəndələri, qadınlar və ya fiziki məhdudiyyətli insanlar olmalıdır.

Filmin yaradıcıları onlara bütün süjet xəttini də həsr edə bilərlər.

Orphus sistemi