"Oskar"ın ilk afroamerikalı mükafatçısı 94 yaşında vəfat edib

İncəsənət
  • 07 yanvar, 2022
  • 20:11
Oskarın ilk afroamerikalı mükafatçısı 94 yaşında vəfat edib

"Oskar"ın ən yaxşı aktyor nominasiyasında ilk afroamerikalı mükafatçısı Sidni Puatye 94 yaşında vəfat edib.

"Report" bu barədə TMZ-yə istinadən xəbər verir.

ABŞ və Baham adaları vətəndaşlığı olan aktyorun ölüm səbəbi barədə məlumat verilmir.

Sidni Puatye 1927-ci ildə ABŞ-ın Mayami şəhərində Baham adalarından gələn miqrant ailəsində doğulub. Aktyorluq karyerası ərzində onlarla filmə çəkilib. 1963-cü ildə ekranlaşdırılan "Çöl zanbaqları" filminə görə "Ən yaxşı aktyor" nominasiyasında Oskar mükafatına layiq görülüb. Daha sonra Puatye Baham adalarının Yaponiyadakı səfiri vəzifəsində çalışıb.