Bakı.11 dekabr. REPORT.AZ/ Dekabrın 13-də Azərbaycan Dövlət YUĞ Teatrında Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında hazırlanmış “Fəna” tamaşasının premyerası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə "YUĞ" teatrının mətbuat xidməti xəbər yayıb.
Tamaşa Orxan Fikrətoğlunun "İtki" hekayəsi əsasında "bir nəfəslik mərifət oyunudur".
Tamaşanın quruluşçu rejissoru Mir Sahib, quruluşçu rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatı Amid Qasımov, İffət Əsgərov, rejissor assistenti Qasım Nağıdır.
Rolları Qasım Nağı, Natəvan Qeybani, Oktay Mehdiyev, Novruz Novruzlu ifa edirlər.