Orxan Fikrətoğlunun 50 illik yubileyi qeyd edilib

Orxan Fikrətoğlunun 50 illik yubileyi qeyd edilib Kinostudiyanın fəxri diplomu yubilyara təqdim olunub
İncəsənət
31 Mart , 2016 12:55
Orxan Fikrətoğlunun 50 illik yubileyi qeyd edilib
Bakı. 31 mart. REPORT.AZ/ Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında nasir, kinodramaturq və teleaparıcı Orxan Fikrətoğlunun 50 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Bu barədə "Report"a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Tədbirdə kinostudiyanın rəhbərliyi, mədəniyyət adamları və yubilyarın özü iştirak edib.

"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov tədbirdə çıxış edərək Orxan Fikrətoğlunun Azərbaycan kinosunda olan xidmətlərindən danışıb.

Kinostudiyanın fəxri diplomu yubilyara təqdim edilib.

Qeyd edək ki, O.Fikrətoğlu Dövlət Kino Komitəsində, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Azərbaycantelefilm” də baş redaktor, “Mozalan” satirik kinojurnalında bədii rəhbər və direktor kimi məsul vəzifələrdə çalışıb.

Son xəbərlər

Orphus sistemi