Opera və Balet Teatrında “Riqoletto” operasının tamaşası keçiriləcək

Opera və Balet Teatrında “Riqoletto” operasının tamaşası keçiriləcək Tamaşada Belarus və Ukraynadan olan ifaçılar da iştirak edəcəklər
İncəsənət
23 Oktyabr , 2017 20:10
Opera və Balet Teatrında “Riqoletto” operasının tamaşası keçiriləcək

Bakı. 23 oktyabr. REPORT.AZ/ Noyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşada Riqoletto partiyasını  xalq artisti  Əvəz Abdullayev ifa edəcək. 

Ə.Abdullayevlə yanaşı, tamaşada xalq artisti Əli Əsgərov (Sparafuçille), gənc solist Nina Makarova (Maddalena) da çıxış edəcəklər.

Tamaşada əsas partiyalardan biri olan Cilda partiyasını Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova ifa edəcək. O, Cilda partiyasının ən yaxşı ifaçılarından biri hesab olunur.

Ukrayna Milli operasının solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Dmitri Kuzmin "Riqoletto" operasının tamaşasında Hersoq rolunu ifa etmək üçün dəvət olunub.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Son xəbərlər

Orphus sistemi