Gənc rəssamların "Onun yarısı" adlı qrup sərgisi keçirilib

Gənc rəssamların "Onun yarısı" adlı qrup sərgisi keçirilib Muzey Mərkəzində yerləşən Sərgi Qalereyasında "ArtCoLab" Yaradıcı Gənclər Platformasının təşkilatçılığı ilə gənc rəssamların "Onun yarısı" adlı qrup sərgisi keçirilib.
İncəsənət
8 İyul , 2024 16:10
Gənc rəssamların Onun yarısı adlı qrup sərgisi keçirilib

Muzey Mərkəzində yerləşən Sərgi Qalereyasında "ArtCoLab" Yaradıcı Gənclər Platformasının təşkilatçılığı ilə gənc rəssamların "Onun yarısı" adlı qrup sərgisi keçirilib.

“Report” xəbər verir ki, "ArtCoLab" Yaradıcı Gənclər Platformasının 5 illik yubileyinə həsr olunmuş sərgidə platformada təmsil olunan 26 gənc rəssam tərəfindən ərsəyə gətirilən 45 əsər ictimaiyyətə təqdim olunub.

Açılış mərasimində "Heydər Əliyev" ordenli heykəltaraş Ömər Eldarov, 6-cı çağırış Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Arzu Nağıyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Muzey Mərkəzinin direktoru Liana Vəzirova, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, "ArtColab" Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva, "ArtColab" Yaradıcılıq Mərkəzinin baş müəllimi Casiyət Abdullayeva, ictimai xadimlər, gənc rəssamlar və kreativ sənayedə çalışan menecerlər iştirak ediblər.

Rəsmilərin çıxışlarından sonra gənc rəssamların təltifolunma mərasimi baş tutub.

Sonda sərginin rəmzi açılışı edilib və qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, "ArtCoLab" Yaradıcı Gənclər Platforması tərəfindən keçirilən "Onun Yarısı" adlı qrup sərgisi platformanın sayca üçüncü sərgisidir.

Selcan Zaurqızı

Son xəbərlər

Orphus sistemi