​Nyu-York Türk Film Festivalı başlayıb

​Nyu-York Türk Film Festivalı başlayıb Festival aprelin 4-də "Unutursam Fısılda" filminin nümayişi ilə başa çatacaq
İncəsənət
28 Mart , 2015 11:35
​Nyu-York Türk Film Festivalı başlayıb

Bakı. 28 mart. REPORT.AZ/ ABŞ-da XIV Nyu-York Türk Film Festivalı keçirilir.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Amerika Türk Cəmiyyətinin təşkil etdiyi tədbir Manhettendəki "School of Visual Art" (SVA Theatre) kinoteatrında rejissor Tayfun Pirselimoğlunun "Ben O Değilim" ("Mən o deyiləm") filminin nümayişi ilə öz işinə başlayıb.

Festival çərçivəsində müxtəlif mövzularda 7 film nümayiş etdiriləcək. Bunlar "Silsile" ("Silsilə"), "Annemin Şarkısı" ("Anamın mahnısı"), "Köksüz", "Kumun Dadı" ("Qumun dadı"), "Kusursuzlar" ("Günahsızlar"), "Unutursam Fısılda" ("Unudarsam pışılda") filmləridir. Festival aprelin 4-də "Unutursam Fısılda" filminin nümayişi ilə başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi