“Nine Senses” yaranmasının birinci ildönümünü qeyd etməyə hazırlaşır

“Nine Senses” yaranmasının birinci ildönümünü qeyd etməyə hazırlaşır Martın 21-də - gecə-gündüz bərabərliyində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzi yaranmasının ilk ildönümünü qeyd edəcək.
İncəsənət
15 Mart , 2024 13:50
“Nine Senses” yaranmasının birinci ildönümünü qeyd etməyə hazırlaşır

Martın 21-də - gecə-gündüz bərabərliyində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzi yaranmasının ilk ildönümünü qeyd edəcək.

“Report” xəbər verir ki, “Nine Senses” ötən il ərzində 420 master-klas keçib, 90 xeyriyyə aksiyası və mühazirə təşkil edib, 6 sərgi təqdim edib.

Mərkəzin işinin mühüm hissəsi isə 3 fərqli məkanda mindən çox iştirakçını birləşdirən beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı idi.

“Biz Azərbaycan auditoriyası üçün pulsuz mühazirələr aparan müdrik ruhani müəllimləri cəlb etməkdən qürur duyuruq. Belə ki, bu, yaradıcılığı və özünü inkişaf etdirməyi hər kəs üçün əlçatan etmək öhdəliyimizin bir hissəsidir. Biz böyüklər, uşaqlar və ailələr üçün paket daxil olmaqla, yeni üzvlüklər təqdim etməklə bu yaz bərabərliyi və yenilənmə gününü qeyd edirik. Əminik ki, hər bir ailə üzvünün paralel olaraq inkişaf etmək imkanı olmalıdır.

Ən sərfəli qiymətə bütün fəaliyyətlərimizi özündə cəmləşdirən üzvlüklər təklif edərək sizi icmamızın bir hissəsi olmağa dəvət edirik. Gələcək festivallar və ailə yaradıcılıq layihələri üçün böyük planlarımız var. Bu barədə tezliklə məlumat veriləcək”, - “Nine Senses”in akademik direktoru Natalya Jukova bildirib.

Saat 11:00-dan 18:00-a kimi hər kəs rəsm, nevroqrafiya, suda rəsm, animasiya və rəqəmsal fotoqrafiya dərslərində iştirak edə, meditasiya və özünə kömək vasitəsilə nəfəs alma texnikalarını öyrənə, səs vannası qəbul edə və canlı musiqilər dinləyə, axşamlar isə “Vida” sağlam qida kafesinə baş çəkə bilər.

Bu gün “Nine Senses” studiyasının hazırladığı yeni animasiya filminin təqdimatı planlaşdırılır. Təxminən 3 metrlik art-obyektin rənglənməsi üzrə yaradıcı performans Mərkəzin yaxınlığındakı küçədə keçiriləcək.

Proqramı sizə təqdim edirik:

11:00 - Qafar Qənizadə ilə yoqa

11:00 - Fərid Rzayevlə “Art Lab”

12:00 - Fərhad Sadıqovla səs terapiyası seansı

13:00 – Açılış mərasimi:

- İncəsənət mərkəzinin hesabat çarxının nümayişi

- “Harri Potter və Naynsensburqun sirri” animasiya filminin premyerası. Film haqqında film.

- Studiya tələbələrinin animasiya çarxları

- Mərkəzin müəllimlərinin təqdimatı

14:00 - Canlı musiqi sədaları altında yoqa+kriya - Qafar Qənizadə

14:00 - Edqar Hüseynovla salsa

14:00 - İlkin Zəfərli ilə animasiyalar studiyası

15:00 - İlhamə Şirinova ilə nəfəs alma texnikası

15:00 - Anna Monastırski ilə nevroqrafiya

16:00 – Vokal yoqa və Tibet oxuma badələri ilə müalicəvi səs seansı - İlhamə Babayeva

14:00-16:00 Rəssam Fərid Rzayevdən incəsənət obyektinin çəkilməsi ilə bağlı küçə performansı!

Əlavə məlumat və yuxarıda qeyd olunan tədbirlərə qeydiyyat üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz:

055 255 54 12

“Nine Senses” Xəzər dənizinin sahilində yerləşən yaradıcılıq və özünüinkişaf məkanıdır.

“Unlock your inner artist” şüarı sizi hisslərinizi və istedadlarınızı üzə çıxarmağa həvəsləndirir, həmişə yaratmaq, çəkmək, rəqs etmək və özünü ifadə etmək arzusunda olan daxilinizdəki uşağı üzə çıxarmağa imkan verir. Mərkəzin missiyası bədən-ruh-zehin inkişafıdır.

Mərkəzdə bədən təcrübələri, maarifləndirici və əyləncə proqramları, meditasiya dərsləri keçirilir, sərgilər və film nümayişləri baş tutur, eləcə də bütün yaşlar üçün və üç dildə animasiya məktəbi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi