Dekabrın 28-dən yanvarın 30-dək “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində “ART-ELKA” sərgisi keçiriləcək.
“Report” xəbər verir ki, sərgidə Azərbaycanın 20 gənc rəssam və heykəltaraşının ənənəvi küknar ağacı təsvirinin 20 interpretasiyası nümayiş olunacaq.
Yeni illə bağlı 20 simvol mərmər, kağız, məftil, gil, metal, ağac, polister və digər materiallardan hazırlanıb.
Sərgidə bu rəssamlar iştirak edirlər: Mədinə Axundbəyli, Namiq Hüseynov, Samir Səmədov, Zamik Rzayev, Fidan Həmidzadə, Fərid Rzayev, Vera Aksamentova, Dilarə Tağıyeva, Akif Hacızadə, Əliyar Allahverdiyev, Günay Bağışova, Gülşən Əsədova, Elmir Yaqubov, Olesya Katmandu və s.
Sərgidə həmçinin rəssam İlkin Zəfərlinin ab-havalı, işıqlı bayram dioraması olacaq (“Ninesensburg”).
Sərgi saat 18:00-da açılır.
Sərginin açılışı və Yeni ilin qeyd olunması şərəfinə incəsənət mərkəzinin müəllimi İlhamə Babayevanın vokal müşayiəti ilə saat 20:00-da ekstatik rəqs başlayacaq.
Ünvan: Sea Breeze Resort, Nardaran, 31 Dalan, Bakı.
Telefon: 055 255 54 12