Nikita Mixalkov Bakıya gəlir

Nikita Mixalkov Bakıya gəlir Görkəmli rejissor ustad dərsləri keçirəcək
İncəsənət
260
30 Mart , 2015 11:33
Nikita Mixalkov Bakıya gəlir

Bakı. 30 mart. REPORT.AZ/ Mart ayının 31-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Bakıya səfərə gələcək.

"Report" xəbər verir ki, qısamüddətli səfər zamanı Rusiya kinosunun ən böyük simalarından olan, "Beş gecə", "Piano üçün yarımçıq qalmış pyes", "Oblomovun həyatından bir neçə gün", "Şahidlərsiz", "Qara gözlər", "Urqa", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "12", "Günvurma" və bir çox başqa filmlərin müəllifi Nikita Mixalkov azərbaycanlı həmkarları ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparacaq, Bakı ilə tanış olacaq.

Qeyd edək ki, səfər çərçivəsində Kann, Venesiya kimi dünyanın ən nüfuzlu kino festivallarının qalibi, "Oskar" mükafatı laureatı Nikita Mixalkovun gənc kinematoqrafçılar üçün ustad dərsi təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi