“Netflix” məşhur əsəri ekranlaşdıracaq

“Netflix” məşhur əsəri ekranlaşdıracaq ABŞ-ın “Netflix” Roald Dalın “Matilda” nağılını ekranlaşdıracaq
İncəsənət
20 Yanvar , 2021 16:21
“Netflix” məşhur əsəri ekranlaşdıracaq

ABŞ-ın “Netflix” Roald Dalın “Matilda” nağılını ekranlaşdıracaq.

“Report” “Hollywood Report”a istinadən xəbər verir ki, filmdə baş rolu 11 yaşlı Alişa Veyr oynayacaq.

“Oskar” mükafatçısı Emma Tompson isə əsərdəki qəddar direktor olan Aqata Trançbul personajını oynayacaq.

Süjetə görə, Matilda vunderkinddir, ancaq valideynləri onu başa bəla kimi görür, məktəb direktoru isə onu ələ salır. Matilda isə onları tənbeh etməyə qərar verir.

Nağılın öncəki ekranlaşması 1996-cı ildə olub. Həmin filmin rejissoru Denni De Vito, Matildanı isə Mara Vilson oynayıb.

Son xəbərlər

Orphus sistemi