Nazir müavini “Stanislavski medal”ı ilə təltif olunub

Nazir müavini “Stanislavski medal”ı ilə təltif olunub Mükafatı Ədalət Vəliyevə çatdırmaq üçün Mübariz Həmidova təqdim ediblər
İncəsənət
2 Noyabr , 2015 20:49
Nazir müavini “Stanislavski medal”ı ilə təltif olunub

Bakı. 2 noyabr. REPORT.AZ/ Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının sədri Tatyana Mixeyeva “Azərbaycan və Rusiya teatr əlaqələrinin genişləndirilməsində göstərdiyi dəstəyə görə” Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin “Stanislavski medal”ı ilə təltif olunduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti yayıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi oktyabrın 25-dən 31-dək Rusiya Federasiyası Kalmıkiya Respublikasında qastrol səfərində olub.

Səfər çərçivəsində teatrın rəhbərliyi və aktyorları Kalmıkiyanın nüfuzlu mükafatları ilə təltif edilib.

Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının təsis etdiyi “Stanislanski medal”ı isə mədəniyyət və turizm nazitrinin müavini Ədalət Vəliyevə təqdim edilib.

Mükafatın Ə.Vəliyevə çatdırılması üçün Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidova təqdim ediblər.

Öz növbəsində teatrın direktoru Mübariz Həmidov ötən mövsüm Dövlət Gənc Tamaşaçılar Teatrında təsis olunmuş “Sima” mükafatının “Ən yaxşı rejissor işi” (böyük tamaşaları üzrə) nominasiyası üzrə qalib olmuş B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevə diplom və mükafatını təqdim edib.

Həmçinin, Teatrda bu mövsüm təyin edilmiş “Teatrın dostu” nominasiyası üzrə diplom və mükafatı Kalmık Milli Dram Teatrının baş direktoru RF-nin əməkdar mədəniyyət işçisi Qalina Şurayevaya təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi