"Natiq" ritm qrupu Hindistanda keçiriləcək festivalda iştirak edəcək

"Natiq" ritm qrupu Hindistanda keçiriləcək festivalda iştirak edəcək Bakı. 25 yanvar. REPORT.AZ/ Natiq ritm qrupu Azərbaycanı Hindistanda keçiriləcək Udaipur Beynəlxalq Musiqi Festivalında təmsil edəcək.
İncəsənət
25 Yanvar , 2019 10:07
Natiq ritm qrupu Hindistanda keçiriləcək festivalda iştirak edəcək

Bakı. 25 yanvar. REPORT.AZ/ "Natiq" ritm qrupu Azərbaycanı Hindistanda keçiriləcək "Udaipur Beynəlxalq Musiqi Festivalı"nda təmsil edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu il artıq 4-cü dəfə təşkil olunacaq festivala 20-dən çox ölkə qatılacaq. 

Bu dövlətlər arasında İspaniya, İtaliya, Fransa, Kuba, Braziliya, Hindistan və başqaları var.

Fevralın 15-17-də baş tutacaq tədbirdə 150-dən çox tanınmış sənətçi iştirak edəcək. Onlar müxtəlif janrlarda əsərlərini səsləndirəcəklər.

Tədbirin təşkilatçısı Sanjeev Bhargava bildirib ki, bu il festivalın tamaşaçıları təkraredilməz bir təcrübə yaşayacaqlar: “Musiqi mədəniyyətləri, xalqları və insanları bir yerə toplamaq qabiliyyətinə malikdir. Tamaşaçılar Vibha Saraf (Hindistan), Albaluna (Portuqaliya), La Dame Blanche (Kuba - Fransa), "Natiq" ritm qrupu (Azərbaycan), Els Catarres (Kataloniya, İspaniya) kimi 20-dən çox ölkənin istedadlarını bir yerdə görə biləcəklər”. 

Son xəbərlər

Orphus sistemi