Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan olunub

Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan olunub Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan olunub.
İncəsənət
17 Yanvar , 2022 17:00
Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan olunub

Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan olunub.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nörməli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.30-cu yarımbəndinin icrasını təmin etmək, eləcə də mədəniyyət və incəsənət sahəsində təhsil alan gənclərin yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri audiovizual sahəyə cəlb etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsi keçirilib.

Tələbələr arasında keçirilən müsabiqədə ssenarilər 2021-ci il dekabr ayının 1-dən 30-a qədər qəbul olunub. Müsabiqəyə təqdim edilən videoçarx ssenariləri əsasında Münsiflər heyəti aşağıda adları qeyd olunan layihələri qalib olaraq seçib.

Yer

Qalibin adı

Layihənin adı

1-ci yer

Murad Şükürlü

“Kilid ekranı”

2-ci yer

Çinarə Əlişli

“Həyat ağacı”

3-cü yer

Ziyafət Kazımov

“Bir qrossmeysterin hekayəti”

Qaliblər müvafiq olaraq 1500, 1000 və 500 manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaqlar. Qaliblərin mükafatlandırılması mərasiminin fevral ayının ikinci yarısında, Ali təhsil qurumlarında ikinci semestr başladıqdan sonra keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnur Mehdiyev, üzvləri isə ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, dramaturq Əli Əmirli, sənətşünas, kino və televiziya redaktoru Nadir Bədəlovdur.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin elan etdiyi digər müsabiqəyə - “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə isə qəbul yanvar ayının 31-ə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi