"Nabat" filmi İranda mükafat qazanıb

"Nabat" filmi İranda mükafat qazanıb Film "Ən yaxşı rejissor” mükafatına layiq görülüb
İncəsənət
4 May , 2015 11:09
Nabat filmi İranda mükafat qazanıb

Bakı. 4 may. REPORT.AZ/  "Nabat" filmi İranda mükafat qazanıb. "Azərbaycanfilm" kinostudiyasından "Report"a verilən məlumata görə, film İranda keçirilən 33-cü Fəcr beynəlxalq film festivalının "East Panorama" müsabiqə proqramında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Festivalda və mükafatların təqdimolunma mərasimində filmin yaradıcı heyəti iştirak edib

Qeyd edək ki, film 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar. 

Son xəbərlər

Orphus sistemi