Bakı. 13 aprel. REPORT.AZ/ Musiqili Teatrda həftəsonu 5 tamaşa nümayiş etdiriləcək.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunlar “Fransızsayağı qarnir”, “Yağış göbələyinin macərası”, “Arşın mal alan”, “Yatmış gözəl və cırtdanlar” və “Bankir adaxlı” səhnə əsərləridir.
Tamaşalar aprelin 14, 15, 16-da təqdim ediləcək və saat 12:00 və 19:00-da başlayacaq.
Səhnə əsərlərində xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Almaz Ələsgərli, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Elxan İsmayılov, Gülnarə Abdullayeva, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Aydan Həsənova, Ruslan Mürsəlov, Gültac Əlili, Şaban Cəfərov, Gülnarə Əzizova, Atəş Qarayev, Zarina Qurbanova, Əmrah Dadaşov, Fərid Rzayev, Güldanə Əzimova, Nahid İsgəndərzadə, Murad Əliyev və başqaları çıxış edəcək.
Rusdilli və azyaşlı tamaşaçılar üçün isə aprelin 14-də saat 19:00-da M.Kamolettinin “Fransızsayağı qarnir” əsərini, aprelin 15-də saat 12.00-da R.Şəfəq, V.Ziminin “Yağış göbələyinin macərası” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin Ş.Peronun “Yatmış gözəl və cırtdanlar” əsəri aprelin 16-da saat 12:00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.
Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.