Musiqili Teatrda "Toya bir gün qalmış” komediyasının nümayişi keçirilib

Musiqili Teatrda "Toya bir gün qalmış” komediyasının nümayişi keçirilib Hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır
İncəsənət
149
9 Mart , 2018 14:17
Musiqili Teatrda Toya bir gün qalmış” komediyasının nümayişi keçirilib

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” komediyasının nümayişi keçirilib.

Teatrdan "Report"a verilən məlumata görə, səhnə əsəri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara hədiyyə olaraq təqdim edilib. 

Qeyd edək ki, gözlənilməz və maraqlı hadisələrlə zəngin tamaşada cərəyan edən epizodlar oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşın isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü gizlətməsə toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Elə bu ərəfədə "ölü” qəfildən ayılır. Əsl tragikomik vəziyyət də məhz bundan sonra başlayır.

Quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada əsas obrazları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa ediblər. 

Tamaşanın baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Son xəbərlər

Orphus sistemi