Musiqili Teatrda “Skapenin kələyi” tamaşası nümayiş etdirilib

Musiqili Teatrda “Skapenin kələyi” tamaşası nümayiş etdirilib Tamaşanı I Avropa Oyunları ilə əlaqədar Almaniyadan, Rusiyadan və Ukraynadan Azərbaycana gələn turistlər izləyiblər
İncəsənət
19 İyun , 2015 16:04
Musiqili Teatrda “Skapenin kələyi” tamaşası nümayiş etdirilib

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında J.B.Molyerin “Skapenin kələyi” tamaşası nümayiş etdirilib.

"Report" xəbər verir ki, tamaşanı I Avropa Oyunları ilə əlaqədar Azərbaycana gəlmiş bir sıra əcnəbi qonaqlar – Almaniyadan, Rusiyadan və Ukraynadan olan turistlər izləyiblər.

Rus dilində oynanılan səhnə əsəri xarici qonaqlara eyni zamanda ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunub.

Tamaşa bitdikdən sonra qonaqlar əsərin quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Musiqili Teatrın direktor müavini Hüseyn Hüseynovla görüşüb.

Qonaqlar tamaşadan razı qaldıqlarını, təqribən iki saat ərzində çox böyük mənəvi zövq aldıqlarını bildiriblər və Musiqili Teatrın çox unikal və möhtəşəm binasının olduğunu deyiblər: "Tamaşa da yüksək səviyyədə hazırlanıb. Tamaşanı izlədikcə bizə elə gəlirdi ki, sanki Avropanın ən inkişaf etmiş ölkələrindən birinin teatr salonundayıq. Hər şey super idi. Ümumiyyətlə, Azərbaycan son illərdə Avropada ən çox inkişaf etmiş ölkələrdən biridir. Elə təkcə I Avropa Oyunlarının açılış mərasimi bunun əyani sübutudur”.

Qeyd edək ki, tamaşada rolları əməkdar artist Boris Qrafkin, aktyorlar Emil Heydərov, Marina Litvinenko, Nadejda Povelisina, Kamil Osmanlı, Firuz Məmmədov, Əliməmməd Novruzov, Rauf Babayev, Yuliya Heydərova ifa edir.

Son xəbərlər

Orphus sistemi