Musiqili Teatrda "Nuri-didə Ceyhun” əsərinin məşqləri keçirilir

Musiqili Teatrda "Nuri-didə Ceyhun” əsərinin məşqləri keçirilir Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında Yazıçı-dramaturq Əli Əmirlinin Nuri-didə Ceyhun” əsərinin məşqləri keçirilir.
İncəsənət
16 Yanvar , 2018 16:26
Musiqili Teatrda Nuri-didə Ceyhun” əsərinin məşqləri keçirilir

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında Yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” əsərinin məşqləri keçirilir.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məşqlər zamanı xalq artisti Fatma Mahmudova "Bu dəfə komediya olmayacaq" deyə, xüsusi vurğulayıb.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin rejissorluğu ilə ərsəyə gələn bu iki hissəli pyesdə Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edilir, Fatma xanım isə burada nənə (ana) rolunu canlandırır.

Əsər Fransada, qürbət eldə həsrət dolu yuxularla təskinlik tapan Ceyhun Hacıbəylidən bəhs etsə də, o, ümumilikdə, vətənsiz yaşayan bütün mühacirlərin ümumiləşdirilmiş obrazıdır.

Tamaşada rolları xalq artisti Fatma Mahmudova ilə yanaşı, əməkdar artistlər - Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, Anton Ferştandt, aktyorlar - Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Mehriban Zalıyeva, Firus Məmmədov və Şaban Cəfərov ifa edirlər. Tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanov, rejissor assistenti Elməddin Dadaşovdur.

Tamaşada Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov və Niyazinin musiqilərindən istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi