Musiqili Teatr "O olmasın, bu olsun" tamaşası ilə 106-cı mövsümə yekun vuracaq

Musiqili Teatr "O olmasın, bu olsun" tamaşası ilə 106-cı mövsümə yekun vuracaq Səhnə əsərində Məşədi İbad obrazını əməkdar artist Şövqi Hüseynov ifa edəcək
İncəsənət
30 İyun , 2016 15:00
Musiqili Teatr O olmasın, bu olsun tamaşası ilə 106-cı mövsümə yekun vuracaq

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümə iyulun 17-də Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının nümayişi ilə yekun vuracaq. 

Teatrdan "Report"a verilən məlumata görə, səhnə əsərində Məşədi İbad obrazını əməkdar artist Şövqi Hüseynov ifa edəcək. Aktyor bu rolun ifasına görə, Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Milli Mükafatına layiq görülüb.

Qeyd edək ki, Musiqili Teatr 106-cı teatr mövsümündə Amerika Günləri çərçivəsində ABŞ-ın məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Həmçinin, teatr “Multikulturalizm ili” çərçivəsində Masallı, Xaçmaz, Şamaxı rayonlarında tamaşalar nümayiş etdirib. Eyni zamanda, xalq artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri qeyd olunub. Teatr Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasının, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun, Formula-1 Avropa Qran Prisinin iştirakçıları üçün xüsusi repertuar ilə çıxış edib. Bundan başqa, teatr “Sosial proqramlar” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsertlər verib.

Son xəbərlər

Orphus sistemi