Dövlət Musiqili Teatrı Lənkərana qastrola gedəcək

Dövlət Musiqili Teatrı Lənkərana qastrola gedəcək Teatr bölgələrə və xarici ölkələrə səfərə hazırlaşır
İncəsənət
30 May , 2017 20:48
Dövlət Musiqili Teatrı Lənkərana qastrola gedəcək

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı respublikamızın bölgələrinə və xarici ölkələrə səfərə hazırlaşır. 

Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun "Report"a verdiyi məlumata görə, bu silsilədən ilk tədbir mayın 31-də Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” ikihissəli musiqili komediyası ilə Lənkəranda çıxış edəcək.

Tamaşada rolları xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.

Teatr bölgələrlə yanaşı, qardaş Türkiyə Cümhuriyyətinə Beynəlxalq “Dədə Qorqud” festivalına, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində isə İran İslam Respublikasına qastrol səfərləri planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi