“Muğam axşamları” layihəsinin ikinci mərhələsi keçiriləcək
İncəsənət
- 27 avqust, 2018
- 05:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 avqust. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti oktyabrın 11-də gerçəkləşəcək.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, konsert “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq.
Konsertdə ölkənin tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.
Qeyd edək ki, icrasına bu ilin may ayında “Rast” muğamı ilə start verilən möhtəşəm layihənin növbəti konserti noyabrın 1-də “Orta mahur” və “Rahab” muğamlarının səslənməsi ilə davam edəcək.
Son xəbərlər
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol
23:49
Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Digər ölkələr
23:22
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Digər ölkələr