Moskvada sovet dövrünün Azərbaycan heykəltəraşlığının sərgisi açılıb

Moskvada sovet dövrünün Azərbaycan heykəltəraşlığının sərgisi açılıb Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın paytaxtı Moskvada Dövlət Şərq Muzeyində “Sosialist realizmini xatırlayaraq. Azərbaycan. 1940-1950-ci illərin dəzgah heykəltəraşlığı” adlı sərgi açılıb
İncəsənət
4 Oktyabr , 2022 23:57
Moskvada sovet dövrünün Azərbaycan heykəltəraşlığının sərgisi açılıb

Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın paytaxtı Moskvada Dövlət Şərq Muzeyində “Sosialist realizmini xatırlayaraq. Azərbaycan. 1940-1950-ci illərin dəzgah heykəltəraşlığı” adlı sərgi açılıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, Şərq Muzeyinin Elmi bərpa şöbəsi Azərbaycanın tanınmış heykəltəraşlarının rəssam-bərpaçılar tərəfindən sərgi üçün xüsusi olaraq restavrasiya edilmiş on heykəltəraşlıq əsərini təqdim edib. Sərgidə təqdim olunan heykəltəraşlar sosialist realizmi üslubunda yaradıcılıqla məşğul olublar.

“Bu gün açdığımız sərgi əvvəlkinin – “Sovet Azərbaycanının əks-sədası”nın davamı sayıla bilər. Heydər Əliyev Fonduna kolleksiyamız haqqında danışdıq, ideyalarımızı bölüşdük, Moskvadakı fondun nümayəndələri isə dəstək verdilər və dedilər ki, restavrasiyada yardım etməyə hazırdırlar. Biz onlara çox minnətdarıq, ümid edirik ki, bu, bizim sonuncu əməkdaşlığımız deyil”, - Dövlət Şərq Muzeyinin baş direktoru Aleksandr Sedov sərginin təşkili barədə deyib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova belə tədbirlərin təşkilinin əhəmiyyətindən danışıb.

“Şərq Muzeyi ilk dəfə deyil ki, Azərbaycan incəsənətinin ekspozisiyaları üçün qonaqpərvər qapılarını açır, biz səmərəli əməkdaşlıq edirik. Bizim birgə tədbirlərimiz Rusiya və Azərbaycanı bir-birinə daha da yaxınlaşdırır. İncəsənət sayəsində xalqlar yaxınlaşır, bir-birini daha yaxşı başa düşürlər. Ona görə də belə tədbirlər Rusiya ilə Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına verdiyimiz töhfənin bir hissəsidir”.

Son xəbərlər

Orphus sistemi