Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək

Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək Noyabrın 24-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunun oranjereyasında Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək.
İncəsənət
18 Noyabr , 2021 13:31
Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək

Noyabrın 24-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunun oranjereyasında Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək.

“Report”un Rusiya bürosu xəbər verir ki, Qara Qarayev adına uşaq musiqi məktəbi silsilə konsertləri Moskvanın digər musiqi məktəblərinin iştirakı ilə keçirir.

Tədbirin təşkilində məqsəd dünyaca məşhur azərbaycanlı bəstəkar Qara Qarayevin yaradıcılığını tanıtmaqdır. Konsert proqramına onun sənət əsərləri ilə yanaşı, XX əsr bəstəkarlarının əsərləri də daxildir.

Qara Qarayev adına uşaq musiqi məktəbi Azərbaycanın hüdudlarından kənarda görkəmli azərbaycanlı bəstəkarın adını daşıyan yeganə təhsil müəsissəsidir. Məktəbdə daim Qarayevin əsərləri səslənir, məktəbin şagirdləri isə sənətkarın əsərlərini müxtəlif müsabiqələrdə, festivallarda, o cümlədən beynəlxalq tədbirlərdə ifa etməklə laureatlar və diplomlar qazanırlar.

Son xəbərlər

Orphus sistemi