Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib Rusiyanın paytaxtı Moskvada Leontyevski küçəsində şəhər sakinləri məşhur müğənni və SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyi günündə onun xatirəsini yad ediblər.
İncəsənət
17 Avqust , 2022 18:35
Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib

Rusiyanın paytaxtı Moskvada Leontyevski küçəsində şəhər sakinləri SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə onun xatirəsini yad ediblər.

Bu barədə “Report”un Rusiya bürosu məlumat verir.

Maqomayevin doğum gününü qeyd etmək üçün onun abidəsi önünə dostları, qohumları, mədəniyyət və incəsənət xadimləri, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndələri, həmçinin çoxsaylı pərəstişkarları toplaşıblar.

Tədbiri giriş sözü ilə açan Rusiya Federasiyasının xalq artisti, Kabardin-Balkarın Mədəniyyət Nazirliyinin keçmiş rəhbəri Zaur Tutov sənətkarla bağlı xatirələrini bölüşüb.

“Müslüm Maqometoviçin nəhəng irsi milyonlarla insanı və yeni nəsilləri də sevindirib, sevindirir və bundan sonra da sevindirəcək”, - o vurğulayıb.

Onun sözlərinə görə, Müslüm Maqomayev öz yaradıcılığı ilə bir çox siyasətçilərdən daha çox iş görüb, çünki o, müxtəlif millətlərdən və dinlərdən olan milyonlarla insanın qəlbini bir araya gətirib.

Anım tədbirində Müslüm Maqomayevin repertuarından olan mahnılar səsləndirilib.

Son xəbərlər

Orphus sistemi