​“Molla Nəsrəddin-2016” beynəlxalq karikatura müsabiqəsi keçirilir

​“Molla Nəsrəddin-2016” beynəlxalq karikatura müsabiqəsi keçirilir Əsərlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək
İncəsənət
1654
29 İyul , 2016 20:37
​“Molla Nəsrəddin-2016” beynəlxalq karikatura müsabiqəsi keçirilir

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi VII “Molla Nəsrəddin-Azərbaycan-2016” beynəlxalq karikatura müsabiqəsi keçirir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, ənənəvi müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə reallaşacaq.

Builki beynəlxalq müsabiqənin mövzusu “Multikulturalizm” adlanır. İnternet vasitəsilə keçirilən müsabiqəyə hər rəssam 2-5 karikatura göndərə bilər. Əsərləri oktyabrın 15-dək elektron formatda [email protected] ünvana göndərmək lazımdır.

Əsərlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq münsiflər heyətinə Azərbaycan, Meksika, Fransa, İsrail, Misir, Rusiya, İran, Yaponiya və ABŞ-dan karikaturaçı rəssamlar daxildir. 

I, II və III yerlər müvafiq olaraq qızıl, gümüş və bürünc medal, eləcə də diplomlarla mükafatlandırılacaq. Həmçinin münsiflər heyətinin və Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatları olacaq. Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan kataloq hazırlanacaq.

Son xəbərlər

Orphus sistemi