“Mimino”nun ssenari müəllifi vəfat etdi

“Mimino”nun ssenari müəllifi vəfat etdi Tanınmış gürcü ssenarist, teatr və film rejissoru, rəssam Rezo Qabriadze vəfat edib.
İncəsənət
179
6 İyun , 2021 21:10
“Mimino”nun ssenari müəllifi vəfat etdi
Rezo Qabriadze

Tanınmış gürcü ssenarist, teatr və film rejissoru, rəssam Rezo Qabriadze vəfat edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.

R.Qabriadze 1936-cı ildə Kutaisi şəhərində anadan olub. O, “Ne qoryuy”, “Mimino”, “Kin dza dza” da daxil olmaqla, 35-dən çox filmin ssenari müəllifi olub.

1981-ci ildə R.Qabriadze Tbilisi Marionet Teatrını yaradıb. Teatr onun adını daşıyır.

O, SSRİ Dövlət mükafatçısı (1989), “Nika”, “Triumf”, “Qızıl maska” (Rusiya) mükafatlarının sahibidir, həmçinin Fransanın İncəsənət və Ədəbiyyat ordeninin kavaleri olub.

Son xəbərlər

Orphus sistemi