Milli Xalça Muzeyinin 55 illik yubileyi qeyd olunub

Milli Xalça Muzeyinin 55 illik yubileyi qeyd olunub Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illik yubileyi münasibətilə tədbir keçirilib.
İncəsənət
17 Noyabr , 2022 19:37
Milli Xalça Muzeyinin 55 illik yubileyi qeyd olunub

Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illik yubileyi münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə muzeyin kolleksiyasına yeni daxil olan eksponatların – XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid iki cüt sırğanın təqdimatı baş tutub.

Muzeyin öz hesabına “Bonhams” hərrac evindən aldığı qızıl sırğalar isə mina və basmaqəlib texnikasında Təbrizdə hazırlanıb.

“Pasha Holding”in maliyyə dəstəyi ilə əldə olunmuş Qarabağa aid bədii tikmə nümunəsi kompozisiyasının quruluşu, rəng ahəngdarlığı və s. cəhətdən Azərbaycan tikmələrini fərqləndirən bütün əsas xüsusiyyətləri özündə əks etdirir.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi ötən illər ərzində milli irs nümunələrinin qorunub-saxlanılması və təbliği ilə yanaşı, kolleksiyalarının zənginləşdirilməsi işində də böyük nailiyyətlərə imza atıb.

Son xəbərlər

Orphus sistemi