“Milli klassika” adlı teatr festivalı keçirilir

“Milli klassika” adlı teatr festivalı keçirilir Azərbaycan Teatr Xadimləri İttifaqının yaranmasının 125 illiyi münasibətilə “Milli klassika” adlı teatr festivalı keçirilir.
İncəsənət
14 Dekabr , 2022 12:28
“Milli klassika” adlı teatr festivalı keçirilir

Azərbaycan Teatr Xadimləri İttifaqının yaranmasının 125 illiyi münasibətilə “Milli klassika” adlı teatr festivalı keçirilir.

"Report" xəbər verir ki, Füzuli Dövlət Dram Teatrı festivalda Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşası ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Günel Hacıyeva, Asif Şirinov, Sehran Xanlarov, Sahilə Abbasova, Əli Hüseynov, Vüqar Babayev, Elçin Məmmədov, Zamin Quliyev, Emin Abışov, Vüsal Həsənov, kütləvi səhnələrdə isə Gülgəz Soltanova və Günay Çobanzadə yer alıb.

Komediya janrında yazılmış əsər həyat və məişətin ən müxtəlif sahələrində özünü göstərən “müsəlman avamlılığının” təhlilinə həsr edilib.

Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan teatrının bu gününə nəzər salmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

Festivalda 11 teatr və 1 təhsil ocağı, ümumilikdə 13 tamaşa ilə iştirakı nəzərdə tutulur. Tamaşalara münsiflər heyəti tərəfindən baxış keçirilir.

Qeyd edək ki, “Milli klassika” festivalı dekabrın 16-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi