Bakı. 1 avqust. REPORT.AZ/ 2 avqust - Milli Kino Günü ilə əlaqədar I və II Fəxri xiyabanda bir sıra kino xadimlərinin məzarları ziyarət edilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev "Report"a bildirib ki, qrumun İdarə heyəti görkəmli kino xadimləri Həsən Seyidbəyli, Tofiq Tağızadə, Rasim Ocaqov, Muxtar Dadaşov, Hüseyn Seyidzadə, Adil İsgəndərov, Rza Təhmasib, İsmayıl Osmanlı, Leyla Bədirbəyli, Rəşid Behbudov, Nəsibə Zeynalova, Ələsgər Ələkbərov, Nəcibə Məlikova, Barat Şəkinskaya, Məlik Dadaşov, Lütfəli Abdullayev, Ağahüseyn Cavadov, Məmməd Əlili, Həsən Turabov, Şahmar Ələkbərov, Hacıbaba Bağırov, Yaşar Nuri, Səyavuş Aslan, Elbəy Rzaquliyev və digər sənətkarların qəbirlərini ziyarət edib, qəbirüstü abidələrinə tər gül dəstələri düzülüb, dualar oxunub.
Ziyarət Mədəniyyət Nazirliyi, Kinematoqrafçılar İttifaqı və “Salnamə” Dövlət Studiyasının təşkilatı dəstəyi ilə baş tutub.
Qeyd edək ki, avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.