Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq

Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq Bakı. 22 may. REPORT.AZ/ “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində mayın 25-də “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq.
İncəsənət
22 May , 2018 17:02
Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində mayın 25-də “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq.

Muzeydən "Report"a verilən xəbərə görə, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından və rəssamların şəxsi kolleksiyalarından seçilmiş incəsənət əsərlərinin, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə Cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədlərinin, o cümlədən tanınmış hüquqşünas Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əskinasların və poçt markalarının nümayişi nəzərdə tutulur.

Burada İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şura üzvlərinin portretləri, Azərbaycan Cümhuriyyət hökumətinin üzvləri haqqında məlumat, Azərbaycanı rus-imperialist və daşnak işğalçılarından azad etmiş Qafqaz İslam Ordusunun və Azərbaycan ordusunun və sərkərdələrinin fotogörüntüləri verilib. Eksponatlar arasında Azərbaycan Cümhuriyyətinin xəritələri xüsusi yer tutur. Bu xəritələr sırasında Paris Sülh Konfransına təqdim edilmiş xəritə, eləcə də Cümhuriyyətin sərhədlərini əks etdirən digər siyasi xəritələr var. Ekspozisiyada həmçinin 1920-ci il aprelin 28-də Cümhuriyyəti süquta yetirmiş bolşevik Rusiyasının 11-ci Ordusunun vaxtilə Bakıda çəkilmiş fotoları da yer alacaq.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, ötən yüz il ərzində Azərbaycan xalqının bütövlükdə mədəni yüksəlişi, o cümlədən təsviri incəsənəti sürətlə inkişaf edib. Əzim Əzimzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Xalidə Səfərova, Cavad Mircavadov Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tahir Salahov, Ömər Eldarov, Fazil Nəcəfov və onlarla başqa rəssamların yaradıcılığı məhz bu yüzillikdə formalaşaraq ölkəmizi dünyaya tanıdıb. 

Son xəbərlər

Orphus sistemi