Milli Dram Teatrının kollektivi Səyavuş Aslanı məzarı başında anıb

Milli Dram Teatrının kollektivi Səyavuş Aslanı məzarı başında anıb Mərasim sənətkarın 80 illik yubileyi münasibətilə təşkil olunub
İncəsənət
363
5 Sentyabr , 2015 15:02
Milli Dram Teatrının kollektivi Səyavuş Aslanı məzarı başında anıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Azərbaycanın xalq artisti Səyavuş Aslanın xatirəsini anıb. "Report" xəbər verir ki, mərasim sənətkarın 80 illik yubileyi münasibətilə təşkil olunub.

II Fəxri xiyabanda keçirilən anım mərasimində xalq artistinin oğlu Çingiz Aslan, Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru Azərpaşa Nemət, xalq artistləri Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal, əməkdar artistlər Füzuli Hüseynov, Sənubər İsgəndərli, Əli Nur, Mehriban Xanlarova, Hicran Nəsirova, Mirzə Ağabəyli, Vəfa Rzayeva, teatrın texniki və yaradıcı heyəti iştirak edib.

Mərasimin sonunda xalq artisti Azərpaşa Nemət çıxış edib. O, unudulmaz aktyorun xatirələrindən söz açıb. Qeyd edib ki, yüksək isteda malik Səyavuş Aslan böyük sənət yolu keçib.

Mərasim başa çatdıqdan sonra Azərpaşa Nemətin təşəbbüsü ilə xalq artisti Yaşar Nurinin, Azərbaycanın görkəmli rejissorları Ədil İsgəndərov və Tofiq Kazımovun məzarları ziyarət edilib.

Son xəbərlər

Orphus sistemi