Milli Dram Teatrı premyeraya hazırlaşır

Milli Dram Teatrı premyeraya hazırlaşır "Nadir şah" tamaşaçılarının görüşünə gəlir
İncəsənət
357
8 Dekabr , 2014 10:46
Milli Dram Teatrı premyeraya hazırlaşır

Bakı. 8 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Akademik Milli Dram Teatrında "Nadir şah" tarixi dramının premyerası olacaq. Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Əsərin məşqləri ötən teatr mövsümünün sonundan etibarən başlanıb. Əsərin müəllifi Yunus Oğuz, tamaşanın quruluşçu rejissoru Gömrah Ömərdir. Nadir şah obrazını xalq artisti Ramiz Novruz və əməkdar artist Məmməd Səfa ifa edəcək.

İlk tamaşa dekabrın 24-ü saat 19.00-da  Akademik Milli Dram Teatrında nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi