Heydər Əliyev Sarayında “Məşhurlar və övladları” adlı konsert proqramı baş tutacaq

Heydər Əliyev Sarayında “Məşhurlar və övladları” adlı konsert proqramı baş tutacaq Biletlərin qiyməti 10-40 manat təşkil edir
İncəsənət
23 İyun , 2017 20:17
Heydər Əliyev Sarayında “Məşhurlar və övladları” adlı konsert proqramı baş tutacaq
Report.az

Bakı. 23 iyun. REPORT.AZ/ Heydər Əliyev Sarayında “Məşhurlar və övladları” adlı konsert proqramı sentyabrın 23-də baş tutacaq.

Sarayın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ilk dəfə keçiriləcək layihədə  xalq artistləri Şahnaz Haşımova – oğlu Tural Abdullayev, Gülyaz Məmmədova – oğlu Ramazan Şərifzadə, Ramiz Novruz – oğlu Cavidan Novruz, Şəfiqə Eyvazova – qızı Mehri Əsədullayeva, əməkdar incəsənət xadimi Aqil Məlikov – oğlu Hüseyn Məlikov, əməkdar artistlər Nuriyyə Hüseynova – qızı Çilənay Bədəlova, Teyyub Aslanov – oğlu Nicat Aslanov, Elza Seyidcahan – oğlu Ələkbər Qasımov, Aşıq Ulduz – qızı Sədaqət Ulduz, tanınmış müğənnilər Könül Kərimova – oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə - oğlu Babək Quluzadə, Rüfət Axundov – oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov – qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu – oğlu Ayxan Şirinov, Rəna Talıbova – oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.

Layihənin xüsusi qonaqları qismində xalq artisti Faiq Ağayev, əməkdar artist Aybəniz Haşımova, Nadir Qafarzadə və Vüqar Əbdülov (meyxana) çıxış edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi