​Məşhur türk aktyoru vəfat edib

​Məşhur türk aktyoru vəfat edib Ləvənt Kırca xərçəngdən əziyyət çəkib
İncəsənət
121
12 Oktyabr , 2015 08:38
​Məşhur türk aktyoru vəfat edib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Türkiyənin tanınmış teatr aktyoru Ləvənt Kırca 67 yaşında dünyasını dəyişib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, uzun müddət idi qaraciyər xərçəngindən müalicə olunurdu.

Aktyor 1948-ci ildə Samsun şəhərində doğulub. 1964-cü ildə Ankara Dövlət Teatrında səhnə həyatına başlayıb. Ləvənt çoxlu sayda teatr tamaşası və filmdə rol alıb. O, 22 il televiziyada “Olacaq o qədər” verilişinin aparıcısı olub.

İngilis versiyası Famous Turkish actor dies

Son xəbərlər

Orphus sistemi