Məşhur rejissor Stanislav Qovoruxin vəfat edib

Məşhur rejissor Stanislav Qovoruxin vəfat edib Bakı. 14 iyun. REPORT.AZ/ Məşhur rejissor Stanislav Qovoruxin ağır və uzun sürən xəstəlikdən sonra Barvixa sanatoriyasında vəfat edib.
İncəsənət
14 İyun , 2018 12:41
Məşhur rejissor Stanislav Qovoruxin vəfat edib
РИА Новости / Антон Денисов
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Məşhur rejissor Stanislav Qovoruxin ağır və uzun sürən xəstəlikdən sonra "Barvixa" sanatoriyasında vəfat edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə plenar iclasda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Qeyd edək ki, Rusiyanın xalq artisti Stanislav Qovoruxin "Vertikal", "Görüş yerini dəyişmək olmaz", "XX əsrin dəniz quldurları", "Kapitan Qrantın axtarışında", "On balaca zənci", "Voroşilov atıcısı", "Qadınlara xeyir-dua verin" kimi filmlərin rejissorudur.

O, aktiv siyasi fəaliyyətlə də məşğul olub, "Vahid Rusiya" Partiyasının üzvü kimi 2000-ci ildə Rusiya prezidentliyinə namizəd olub.

Son xəbərlər

Orphus sistemi