Məşhur aktrisa Sofi Loren Neapolun Fəxri vətəndaşı seçilib

Məşhur aktrisa Sofi Loren Neapolun Fəxri vətəndaşı seçilib Bu münasibətlə iyulun 9-da təntənəli mərasim keçiriləcək
İncəsənət
4 İyul , 2016 20:58
Məşhur aktrisa Sofi Loren Neapolun Fəxri vətəndaşı seçilib

Bakı. 4 iyul. REPORT.AZ/ İtaliyalı məşhur aktrisa Sofi Loren Neapol şəhərinin fəxri vətəndaşı seçilib.

"Report" xəbər verir ki, bu münasibətlə iyulun 9-da təntənəli mərasim keçiriləcək.

Ötən il 80 illik yubileyini qeyd edən əfsanəvi aktrisa Romada doğulsada, uşaqlıq illəri Neapolda keçib. Yaradıcılığı boyunca İtaliyalı qadınların ümumiləşmiş obrazını, müxtəlif rəng çalarlıarı ilə yaradan Sofi Lorenin Vittorio de Sikanın "Çoçara" (La Ciociara, 1960) filmində yaratdığı qəhrəmanı Pomadan Neapola gedib gəlir. Bu obraza görə, Sofi Loren"Oskar" qazanıb.

Qeyd edək ki, Sofi Loren İtaliyanı çox sevməsinə baxmayaraq, uzun illərdir İsveçrədə yaşayır. Məşhur aktrisa vətəninə xüsusi hallarda qonaq gəlir.

Son xəbərlər

Orphus sistemi