“Mərmər soyuğu” filmi Paris muzeyində nümayiş olunub

“Mərmər soyuğu” filmi Paris muzeyində nümayiş olunub Azərbaycanlı rejissorun filmi Fransanın paytaxtı Parisdəki Gime muzeyində nümayiş olunub.
İncəsənət
22 Aprel , 2023 02:09
“Mərmər soyuğu” filmi Paris muzeyində nümayiş olunub

Azərbaycanlı rejissorun filmi Fransanın paytaxtı Parisdəki Gime muzeyində nümayiş olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu il keçirilən Vesul festivalının 29-cu buraxılışında mükafata layiq görülən azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Zəfər tağı abidəsinin yaxınlığında yerləşən Milli Şərq İncəsənəti Muzeyi – Gimedə filmi nümayiş olunub.

Filmin nümayişində muzeyin direktoru, jurnalistlər, sənət xadimləri, fransalı kino həvəskarları iştirak ediblər.

Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Baş rollarda Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.

Qeyd edək ki, 1995-ci ildə yaradılmış Vesul Asiya Filmləri Beynəlxalq Festivalı (FICA- Festival International des Cinémas d'Asie de Vesoul) indiyədək 680 mindən çox ziyarətçi cəlb edib. Bu il 29-cu dəfə təşkil olunan Vesul festivalında 38 film nümayiş olunub.

Xatırladaq ki, filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Rulof Yan Minnebu, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oqtay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur.

Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Giyom de Sey, kreativ prodüser isə İradə Bağırzadədir.

Son xəbərlər

Orphus sistemi