Bakı. 27 fevral. REPORT.AZ/ Akademik Milli Dram Teatrı yeni tamaşanın premyerasına hazırlaşır.
"Report" xəbər verir ki, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə hazırlanan "Mənim günahım" tamaşasının ilk nümayişi martın 6-da olacaq.
Teatrdan verilən xəbərə görə, tamaşa hazırdır.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyovdur.
Baş rolları xalq artisti Məleykə Əsədova və əməkdar artist Elşən Rüstəmov ifa edir.