“Mənim balaca Şahzadəm” beynəlxalq festivalın yarımfinalına yüksəlib

“Mənim balaca Şahzadəm” beynəlxalq festivalın yarımfinalına yüksəlib Azanfilm” Animasiya Studiyasının istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Cənubi Koreyada keçirilən 8th Seoul Guro International Kids Film Festivalının yarımfinal mərhələsinə yüksəlib.
İncəsənət
1 May , 2020 18:41
“Mənim balaca Şahzadəm” beynəlxalq festivalın yarımfinalına yüksəlib

"Azanfilm” Animasiya Studiyasının istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Cənubi Koreyada keçirilən 8th Seoul Guro International Kids Film Festivalının yarımfinal mərhələsinə yüksəlib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, festivalın final mərhələsi və mükafatlandırma mərasimi cari ilin 02-08 iyul tarixləri ərzində baş tutacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə “Azanfilm” Studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə M.Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilmişdir. Rəssam M.Ələkbərlinin Ekzupirinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının, 3d animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib.

Qeyd edək ki, “Mənim balaca Şahzadəm” animasiya filmi daha öncə Banqladeşdə keçirilən 13th International Children’s və Türkiyədə keçirilən UNIVERSAL KIDS Beynəlxalq Film Festivallarında iştirak edib.

Son xəbərlər

Orphus sistemi