Mehriban Zəki yeni filmə çəkilir

Mehriban Zəki yeni filmə çəkilir Əməkdar artist bu dəfə cərrah rolunu ifa edəcək
İncəsənət
13 Noyabr , 2014 19:09
Mehriban Zəki yeni filmə çəkilir

Bakı. 13 noyabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası tərəfindən çəkilən "İçərişəhər" filmində əsas rollardan birini əməkdar artist Mehriban Zəki ifa edəcək.

Bu barədə "Report"a əməkdar artist özü məlumat verib.

Psixoloji dram janrında olan filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Lusa Coassin, rəssam Bütünay Haqverdiyev, icraçı prodüsseri Ülvi Qasımovdur. Filmin prodüsseri Müşfiq Hətəmovdur.

"İçərişəhər" filminin çəkilişləri Bakıda və Zaqatalada aparılacaq.

Film Qarabağ müharibəsi veteranının həyatından, sevgi macərasından bəhs edir.  

Son xəbərlər

Orphus sistemi