London. 14 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın paytaxtı Londonda
“Report”un verdiyi xəbərə görə, “Sadler’s Wells” teatrında səhnələşdirilən "Leyli Məcnun" operası Mark Morris tərəfindən Üzeyir Hacıbəylinin 1908-ci ildəki "Leyli və Məcnun" operasına uyğunlaşdırılıb. Səhnədə Alim Qasımov və Fərqanə Qasımovanı Mark Morris rəqs qrupu, əsası Yo-Yo-Ma adlı musiqiçi tərəfindən qoyulan İpəkyolu Ansamblı müşayiət edib.
“Report”a açıqlamasında Alim Qasımov Böyük Britaniyda "Leyli və Məcnun" tamaşasının Azərbaycanlı musiqiçilərlə birgə səhnəyə qoyulmağının önəminə toxunub: “Bizi tarda Zəki Vəliyev və kamançada Rauf İslamov müşayiət edir. Azərbaycanın ab-havasını, muğamını, səsini, sənətini burada, Böyük Britaniyada izləyicilərə çatdırmaq bizim üçün çox dəyərli və qürurverici bir hissdir”, - deyə A.Qasımov bildirib.
Qeyd edək ki, Böyük Britaniyada ilk dəfədir ki, "Leyli və Məcnun" operasının adaptasiyası bu həcmdə nümayiş etdirilir. Tamaşa 17 noyabr tarixinə qədər nümayiş olunacaq.
Aytən Abbaslı