Bakı. 7 oktyabr. REPORT.AZ/ Oktyabrın 8-dən 17-dək Portuqaliyanın Lissabon şəhərində keçiriləcək "Ənənə və müasirlik" Beynəlxalq İncəsənət Festivalında xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunacaq.
"Report" xəbər verir ki, sərgidə əsərlərin nümayiş etdirilməsi
2007-ci ildən etibarən "Moskva Mədəniyyətin Dəstəklənməsi və müasir incəsənətin inkişafı Fondu"nun təşkilatçılığı ilə ənənəvi olaraq hər il "Ənənə və müasirlik" Beynəlxalq İncəsənət Festivalı keçirilir. Dünyanın 40-dan artıq ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamlar festivalda iştirak edir.
Festival 2014-cü ilədək Moskvada, 2014-cü ildə isə Portuqaliyanın Lissabon şəhərində keçirilib. Hər il festivalı 200 minədək tamaşaçı ziyarət edir.
Qeyd edək ki, çoxsaylı tamaşaçıların və münsiflər heyətinin səsverməsi yolu ilə keçirilən müsabiqənin nəticələrinə əsasən Azərbaycanı təmsil edən rəssamlar müxtəlif nominasiyalar üzə birinci mükafata layiq görülüb.