“Leyli və Məcnun” tamaşasının premyerası keçiriləcək

“Leyli və Məcnun” tamaşasının premyerası keçiriləcək Dekabrın 3-də nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur
İncəsənət
23 Noyabr , 2016 14:29
“Leyli və Məcnun” tamaşasının premyerası keçiriləcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı tamaşanın hazırlıq prosesi yekunlaşmaq üzrədir.

Dekabrın 3-də nümayiş olunacaq səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur. Tamaşanın musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşfiq Əliyev, Vüqar Məmmədəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Gülbəniz Mustafayeva, Zemfira Əbdülsəmədova Eşqin Quliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev, Aygün Fətullayeva, Nuranə Hüseynova, Feyruz Məmmədov ifa edəcəklər.

Son xəbərlər

Orphus sistemi