Leonardo da Vinçinin ən bahalı şəkli Abu-Dabidəki Luvr muzeyində nümayiş olunacaq

Leonardo da Vinçinin ən bahalı şəkli Abu-Dabidəki Luvr muzeyində nümayiş olunacaq Bakı. 7 dekabr. REPORT.AZ/ Leonardo da Vinçinin ötən ay hərracda rekord məbləğə - 450 milyon dollara satılan Dünyanın xilaskarı şəkili Abu-Dabidəki Luvr muzeyində nümayiş olunacaq.
İncəsənət
7 Dekabr , 2017 10:15
Leonardo da Vinçinin ən bahalı şəkli Abu-Dabidəki Luvr muzeyində nümayiş olunacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ Leonardo da Vinçinin ötən ay hərracda rekord məbləğə - 450 milyon dollara satılan "Dünyanın xilaskarı" şəkili Abu-Dabidəki Luvr muzeyində nümayiş olunacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə noyabr ayında açılan muzeyin "Twitter" səhifəsində məlumat verilib.

Amma şəkilin alınması sirri açıqlanmayıb. Hələ də Nyu-Yorkdakı "Christie" hərracında Leonardonun şedevr əsəsrinin kim tərəfindən alındığı aydın deyil. Alıcı hərraca telefonla qatılaraq anonim qalmağı üstün tutub. 

"New York Times" nəşrinin məlumatına görə, Da Vinçini möhtəşəm əsəri üçün rekord məbləği Səudiyyə şahzadəsi Bader bin Abdulla bin Məhəmməd bin Fərhan əl-Səud verib.

Son xəbərlər

Orphus sistemi