Lənkəran teatrı Lerikdə "Qəribə oğlan" tamaşasını nümayiş etdirib

Lənkəran teatrı Lerikdə "Qəribə oğlan" tamaşasını nümayiş etdirib Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Adil Zeynalovdur
İncəsənət
21 Oktyabr , 2015 18:10
Lənkəran teatrı Lerikdə Qəribə oğlan tamaşasını nümayiş etdirib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Lerik Rayon Mədəniyyət Evində xalq yazıçısı İlyas Əfəndiyevin "Qəribə oğlan" tamaşası ilə çıxış edib.

Teatrdan "Report"a verilən məlumata görə, maraqla izlənilən səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Adil Zeynalov, rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Tariyelqızıdır. 

Rolları xalq artisti Qabil Quliyev, əməkdar artistlər - Sucəddin Mirzəyev, Adil Zeynalov, aktyorlar - Miraslan Ağayev, Qızılgül Quliyeva, Aynur Əhmədova, Allahverən Babayev, Sayad Əliyev, Emin Fərzullayev və digərləri ifa ediblər.

Son xəbərlər

Orphus sistemi